RU

300 min azərbaycanlı Qərbi Azərbacandakı bu şəhər və kəndlərə köçürüləcək SİYAHI

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

“300 000 azərbaycanlının Ermənistana genişmiqyaslı köçürülməsi planları var.

Mənbələr bildirirlər ki, Paşinyan azərbaycanlıların Ermənistan SSR-in mövcud olduğu dövrdə kompakt məskunlaşdıqları yerlərə qaytarmaq barədə Bakı öhdəlik götürüb”.

“Cebheinfo.az” xəbər verir ki, bu iddianı “Facebook” hesabında “News Media”-nın baş direktoru Aram Qabrelyanov yazıb.

"300 mindən çox azərbaycanlının aşağıdakı şəhər və kəndlərə köçürülməsi qərara alınıb: Axta (Kotayk) bölgəsindəki Arzakan, Geranis və Marmarik, Göyçə (Geğarkunik) bölgəsindəki Vardenis, Sotk, Ağbradzor, Tsaghkunk, Lçap və Dzovazard ( Azərbaycanın Kəlbəcər ərazisi ilə həmsərhəd olan Sevan gölü yaxınlığında), Sərdarbad (Armavir) bölgəsindəki Tsagkalandj, Qriboyedov və Haykashen, və Əştərək (Aragatsotn) bölgəsindəki Bazmaxbyur və Saralanj. Böyük Köç proqramının icrasına seçkilərdən dərhal sonra başlanacaq. Eyni zamanda, Zəngəzur (Sünik) bölgəsi üçün "Ortaq Ev" layihəsi üzrə müqavilə imzalanacaq", - deyə Qabrielyanov yazıb.

Xəzər

“Cebheinfo.az”

Açar sözlər:

Qərbi Azərbacan 300 min

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
75
3
cebheinfo.az

4Источники