RU

“Bu səbəbdən də insanlar şəhərdə yaşamağa üstünlük verirlər” İqtisadçı

ain.az, 525.az portalına istinadən məlumat yayır.

“İri şəhərlərdə iqtisadiyyatın inkişafı, müəssisələrin şəhərlərdə yerləşməsi insanları özünə cəlb edir. Bu səbəbdən də insanlar şəhərdə yaşamağa üstünlük verirlər. Daha çox əhali şəhərlərdə geniş bazar və tələb yaratdığı üçün müəssisələr şəhərə yaxın olmağa üstünlük verirlər. Bu isə insanları həm iş tapmaq, həm də daha rahat həyat şəraiti üçün urban mərkəzlərə cəlb edir”.

Bu fikri iqtisadçı ekspert Eyyub Kərimli 525.az-a bildirib. Ekspertin söylədiyinə görə, urbanizasiyanın qarşısını müəyyən qədər almaq üçün kəndlərdə şəhərə yaxın yaşam şəraiti təmin edilməlidir. Bunun üçün yol infrastrukturu, kommunikasiyalar, internet imkanları yaxşılaşdırılmalı, əyləncə və sosiallaşma imkanları genişləndirilməlidir. Fermer təsərrüfatlarının, kənd turizminin və ailəvi turizm imkanlarının inkişafı da insanların kəndlərdə qalmasını təşviq edə bilər.

Sevinc Qarayeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
58
525.az

1Источники