İfaları ilə yanaşı sənət dostları ilə qalmaqallarla yaddan qalan Sahib İbrahimov bu dəfə də susmayıb.
Adalet.az bildirir ki, ifaçı onun haqqında mənfi rəy yazanlara, fikir bildirənlərə səslənib:
“Həmişə deyirəm ki, insan qisasını uğurları ilə almalıdır. Birindən qisas almaq istəyirsənsə, ounla mübarizə aparma. Özünlə məşğul ol, sənətini inkişaf etdir. Birdə görəcəksən ki, çox irəliyə getmisən. Belə olan halda səni sevənlər sevinəcəklər, sevməyənlər isə bunu əsla qəbul etməyəcəklər. Qərəzli sözlər yazmaqla heç kəs məni ruhdan sala bilməz. Bu sənət zəhmət tələb edir, zəhmət çəkənlər uğur qazanır. Zəhmət çəkməyənlər isə camaatın arxasınca danışır”.
Əntiqə