Bakı. Trend:
Həftəsonu xarici dildə təhsil alan şagirdlər üçün Azərbaycandili imtahanı keçiriləcək.
Trend Dövlətİmtahan Mərkəzinə istinadən xəbər verir ki, mayın 3-də keçiriləcəkimtahan tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumitəhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdlərini əhatəedəcək.
İmtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqəqalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonragələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasınaburaxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Cari il imtahan iştirakçılarının toplaya biləcəkləri maksimumbal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiyasənədinə yazılacaq.
Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçünisə abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymətalmış hesab olunurlar.
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanınıAzərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunlarıimtahanda 30 bal toplaya bilərlər. Abituriyentin “məqbul” almasıüçün onun topladığı bal 15-dən az olmamalıdır.
İmtahanda 55 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil,serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək.Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarındaxüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faizpozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdinəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin binavə zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.
Qeyd edək ki, həmin gün ali və orta ixtisas təhsilimüəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildəverən əvvəlki illərin məzunları üçün də Azərbaycan dili (dövlətdili) imtahanı keçiriləcək.