RU

Poeziya gecəsi: “Mənim dostum Səməd Vurğun”

Şair dostlar Səməd Vurğun və Konstantin Simonovun yaradıcılığına həsr olunmuş “Mənim dostum Səməd Vurğun” adlı poeziya gecəsi aprelin 28-də görkəmli Azərbaycan dramaturqu Səməd Vurğunun ev-muzeyində keçirilib.

Kulis.az xəbər verir ki, tədbir “Stolitsa.rt” yaradıcılıq birliyi tərəfindən təşkil olunub və “Ürəyin 4 tərəfi” yaradıcılıq klubu çərçivəsində baş tutub.

Gecənin əvvəlində iştirakçıları Səməd Vurğunun ev-muzeyinin direktoru Vurğun Vəkilov və “Stolitsa.rt”nin rəhbəri Vəfa Məmmədova-Qavrilova salamlayıblar.

Tədbir zamanı qiraətçilərin ifasında şairlərin şeirləri səsləndirilib. Çıxış edənlər arasında Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyorları da olub.

Избранный
42
1
kulis.az

4Источники