RU

AFFA nın baş katibi “Barselona”nın nümayəndələri ilə görüşdü

futbolpress-az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İspaniyanın “Barselona” klubunun Avropa, Orta Şərq və Afrika (EMEA) üzrə akademiyalarının rəhbəri Mark Sabate Ferre, həmçinin klubun Avropa və Afrika üzrə akademiyalarının texniki koordinatoru Bernat Vilya Ay Qorris Azərbaycana səfər çərçivəsində AFFA-da olublar.

Futbolpress.az xəbər verir ki, onlar AFFA-nın baş katibi Cahangir Fərəcullayevlə görüşüblər.

Görüş zamanı “Barselona”nın Azərbaycanda açılacaq akademiyası ilə bağlı fikir mübadiləsi aparılıb. İspaniya klubunun nümayəndələri AFFA-nın baş katibinə xatirə hədiyyəsi təqdim ediblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
45
futbolpress.az

1Источники