RU

Zaxarova Trampın çıxışını belə şərh etdi

ABŞ Prezidenti Donald Trampın Böyük Britaniyanın kral iqamətgahı olan Bukinqem Sarayındakı çıxışından sonra Qrenlandiya sakinləri rahat nəfəs alıblar.

Missiya.Az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Amerika liderinin açıqlamasına belə münasibət bildirib.

"Düşünürəm ki, Qrenlandiyada kimsə rahat nəfəs alır. Qrenlandiya xalqı bir müddətdir özünü bir az daha yaxşı hiss edir",-Xarici İşlər Nazirliyinin sözçüsü deyib.

Diplomatın sözlərinə görə, bir çoxları Trampın yumoristik açıqlamalarında əsl siyasi mənalar və niyyətlər tapmağa çalışır.

Qeyd edək ki, 28 apreldə Donald Tramp Böyük Britaniya Kralı III Çarlzla görüşündə həmişə Bukinqem Sarayında yaşamaq istədiyini bildirib. Bu açıqlama Amerika liderinin Britaniya kralı ilə qohumluq əlaqəsi olması iddialarına cavab olaraq verilib.

İlahə Qənbərli

Missiya.Az

Избранный
74
missiya.az

1Источники