RU

Yuxusuz gecələrə son? - Həkimdən iki təsirli texnika

Nevroloq Yuliya Prokofyeva yuxusuzluqdan əziyyət çəkən insanlara öz beynini “aldadaraq” yuxuya getməyin üsullarını izah edib.

Azreform.info bu barədə "Lenta.ru"ya istinadla xəbər verir.

Həkimin sözlərinə görə, qoyun saymaq kimi adi üsullar nəticə verməyəndə bu metodlardan istifadə etmək olar. Onun fikrincə, yuxuya getmə prosesini nəzarətdə saxlamağa çalışmaq beynin planlama və nəzarətə cavabdeh olan prefrontal korteksini aktivləşdirir və bu da yuxuya keçidi çətinləşdirir.

Prokofyeva bildirib ki, bu halda “paradoksal niyyət” (paradoxical intention) texnikası kömək edə bilər. Bu üsulun mahiyyəti insanın özünə gözləri açıq şəkildə uzanıb qəsdən yuxuya getməməyə çalışmaq tapşırığı verməsidir.

Bundan başqa, nevroloq “koqnitiv qarışdırma” (cognitive shuffling) texnikasını da tövsiyə edib. Bu texnikada insan təsadüfi və neytral obrazları təsəvvür etməyə başlayır. Həkimin sözlərinə görə, bu üsul beynin həddindən artıq ayıq vəziyyətini zəiflədərək yuxuya getməyə kömək edə bilər.

Həmidə İbrahimova

Избранный
49
2
azreform.info

3Источники