RU

AZURE layihəsi çərçivəsində elektrik ötürmə xətlərinin tikinti müddəti açıqlandı

Bakı.Trend:

Azərbaycanda AZURE layihəsinin bir hissəsi olan yeni havaelektrik ötürmə xəttinin tikintisinə 2026-cı ilin ikinci rübündəbaşlanılması və 2027-ci ilin dördüncü rübünə qədər başaçatdırılması planlaşdırılır.

Trend xəbər verirki, bu barədə layihə üzrə Köçürülmə haqda Fəaliyyət Planına (RAP)istinadən məlumat verir.

Qeyd olunan plan Azərbaycanda bərpa olunan enerji mənbələriningenişləndirilməsi layihəsi (AZURE) çərçivəsində, konkret olaraq1.2-ci alt-komponent üzrə hazırlanıb. Sözügedən alt-komponentAzərbaycan İES yarımstansiyasından Nəvai yarımstansiyasına qədəruzunluğu 235 km olan, gərginliyi 500 kV-luq yeni təkzəncirli havaelektrik ötürmə xəttinin tikintisini nəzərdə tutur. Layihə DünyaBankının dəstəyi ilə maliyyələşdirilir.

Layihəyə aşağıdakılar daxildir:

  • Nəvai” yeni yarımstansiyasının tikintisi;

Yeni elektrik ötürmə xətlərinin tikintisi, o cümlədən:

  • “Ələt AİZ (AFEZ) — Nəvai” — 22 km
  • “Abşeron KES — Nəvai” — 65 km
  • “Abşeron KES — Qobu ES” — 19 km (ümumi uzunluğu 106 km olan 3xətt)

Dünya Bankı aşağıdakı komponentləri maliyyələşdirəcək:

Komponent 1: Abşeron–Qaradağ külək elektrik stansiyasınınşəbəkəyə qoşulması və elektrik ötürmə şəbəkəsinin genişləndirilməsi(BYİB xətti üzrə 168,4 milyon ABŞ dolları, o cümlədən gözlənilməzxərclər üçün 18,6 milyon dollar ), iki alt-komponent daxilolmaqla:

Alt-komponent 1.1: Abşeron–Qaradağ KES-in qoşulması və 330 kVşəbəkəsinin genişləndirilməsi (33,8 milyon dollar);

Alt-komponent 1.2: 500 kV şəbəkəsinin genişləndirilməsi (134,6milyon dollar).

Hazırkı Köçürülmə haqqında Fəaliyyət Planı “Azərbaycan İES —Nəvai” (235 km, 500 kV) xətti üçün hazırlanıb. Layihə tərəfindəndəstəklənən digər xətlər üzrə ayrıca plan hazırlanacaq.

Xəttin marşrutu Azərbaycanın mərkəzi və şərq hissələrindəyerləşən səkkiz rayondan - Ağdaş, Ağsu, Göyçay, Hacıqabul,İsmayıllı, Mingəçevir, Şamaxı və Yevlaxdan keçəcək. Marşrut 64yaşayış məntəqəsini və 44 qeyri-yaşayış ərazisini (örüş sahələri),ümumilikdə 110 məkanı əhatə edir. Xətt əsasən düzən kəndtəsərrüfatı ərazilərindən keçəcək.

Səkkiz rayon üzrə servitut sahəsinin ümumi ölçüsü təxminən 8,13milyon kvadratmetr təşkil edir. Bunun 51%-i özəl torpaqlara, 40%-idövlət torpaqlarına, 9%-i isə bələdiyyə torpaqlarına aiddir.

Layihə 1 114 özəl torpaq sahibini, 22 rəsmi icarəçini və torpaqsahələri və ya aktivləri dayaq nöqtələrinin yerləşdiyi əraziyə vəya daimi servitut dəhlizinə düşən 11 biznes obyektini əhatə edəcək.Eyni zamanda, hüquqi statusundan asılı olmayaraq, ESS5 standartınauyğun kompensasiya hüququna malik olan dövlət və bələdiyyətorpaqlarından qeyri-formal istifadəçilər də müəyyən edilib.

Layihə fiziki köçürülməni tam istisna edir: yaşayış binalarılayihənin icra zonasına düşmür və əhalinin köçürülməsi tələbolunmur. Təsir yalnız iqtisadi xarakter daşıyacaq — torpaqistifadəsinə məhdudiyyətlər, tikinti dövründə müvəqqəti girişitkiləri, həmçinin kənd təsərrüfatı bitkilərinin, ağacların və bəzihallarda qeyri-yaşayış tikililərinin itirilməsi iləməhdudlaşacaq.

Məqalədə:
Избранный
85
1
az.trend.az

4Источники