Yaş artdıqca keyfiyyətli yuxu almaq çətinləşə bilər, lakin mütəxəssislər bunun qarşısını almağın mümkün olduğunu bildirirlər. Araşdırmalara görə, düzgün vərdişlər formalaşdırmaqla yuxu keyfiyyətini əhəmiyyətli dərəcədə artırmaq olar.
Day.Az xəbər verir ki, ilk növbədə, gün ərzində ən azı 20 dəqiqə günəş işığı almaq bədənin bioloji saatını tənzimləyir.
Axşam saatlarında maye qəbulunu azaltmaq və yatmazdan əvvəl ekranlardan uzaq durmaq da yuxuya getməyi asanlaşdırır. Bundan əlavə, maqneziumla zəngin qidalar qəbul etmək və stress hormonu olan kortizolun səviyyəsini aşağı saxlamaq daha rahat yuxuya kömək edir.
Mütəxəssislər həmçinin gün ərzində qısa - 20 dəqiqədən artıq olmayan mürgüləmələrin faydalı olduğunu vurğulayırlar. Bu sadə tövsiyələrə əməl etməklə 50 yaşdan yuxarı insanlar daha rahat yuxuya gedə və səhər özlərini daha enerjili hiss edə bilərlər.