RU

Almaniya XİN rəhbəri: BMT beynəlxalq münaqişələrin həllində əsas rol oynamaqda davam etməlidir

Berlin, 29 aprel, AZƏRTAC

Almaniyanın xarici işlər naziri Yohan Vadeful BMT-nin Baş katibi Antonio Quterreş ilə Yaxın Şərqdəki böhranı müzakirə edib.

AZƏRTAC xəbər verir ki, Y.Vadeful X hesabındakı paylaşımında İranın Hörmüz boğazını bağlamasının ciddi iqtisadi nəticələr doğurduğunu və qlobal aclıq böhranına səbəb ola biləcəyini vurğulayaraq, mövcud vəziyyətin həlli üçün diplomatik yanaşmanın zəruriliyi barədə BMT Baş katibi ilə ortaq mövqe nümayiş etdirdiklərini bildirib. O qeyd edib ki, BMT beynəlxalq münaqişələrin həllində əsas rol oynamaqda davam etməlidir.

BMT-nin etibarlı və səmərəli fəaliyyətinin qorunub saxlanması üçün islahatlara da ehtiyac olduğunu bildirən Y.Vadeful qeyd edib ki, Almaniya təşkilatın modernləşdirilməsinə dair Antonio Quterreş tərəfindən irəli sürülmüş “BMT 80” təşəbbüsünü tam dəstəkləyir.

Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Избранный
82
1
azertag.az

2Источники