10–14 may tarixlərində Bakı–Xankəndi Azərbaycan Velosiped Yarışına hazırlıq çərçivəsində şose velosipedi üzrə yığma komandamız Özbəkistanda təşkil olunan “Tour of Bostonliq” yarışında mübarizə aparır.
90deqiqe.Az xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqı-nin (UCI) 2.2 kateqoriyalı 2 mərhələli yarışında məşqçi Elçin Əsədov rəhbərliyi altında 6 idmançımız çıxış edir.
Yarışın ilk mərhələsində ən yüksək nəticəni Musa Mikayılzadə göstərib. O, ağır dağ marşrutu üzrə 146 km məsafəni 3 saat 27 dəqiqə 55 saniyəyə qət edərək, 87 iştirakçı arasında 4-cü yeri tutub.
Qeyd edək ki, Mikayılzadə bir neçə gün əvvəl Özbəkistanda keçirilən eyni kateqoriyalı “Grand Prix Fergana” yarışında ümumi təsnifatda 5-ci yeri tutaraq 15 reytinq xalı qazanmışdı.
Yarışın 2-ci mərhələsində velosipedçilər 163 km məsafə qət edəcəklər.