“Qalatasaray”ın hücumçusu Viktor Osimhen karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
İdmanxeber.az xəbər verir ki, “Arsenal” nigeriyalı forvardla maraqlanır. Klubun idman direktoru Andrea Berta onu Türkiyə Super Liqasında “Fənərbaxça” ilə oyunda canlı izləyib.
Bildirilir ki, London təmsilçisi yay transfer pəncərəsində 27 yaşlı hücumçu üçün rəsmi addım ata bilər.
Osimhen bu mövsüm 31 oyunda 20 qol və 7 assistlə yadda qalıb.