RU

Rəhim Həsənov XXIX turun mübahisəli epizodlarını dəyərləndirdi - bütün qərarlar düzgün sayıldı - VİDEO

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının XXIX turunda baş verən mübahisəli epizodlarla bağlı hakimlərin qərarlarını düzgün qiymətləndirib.

90deqiqe.Az AFFA-nın rəsmi saytına istinadən yaydığı məlumata görə, mütəxəssis turun 4 qarşılaşması ilə bağlı açıqlama verib.

“İmişli” – “Sumqayıt” matçında qonaqların lehinə təyin edilən penalti qərarı doğru hesab olunub.

“Şamaxı” – “Kəpəz” görüşündə Gəncə təmsilçisinin vurduğu qol qaydalara uyğun olaraq ləğv edilib.

“Turan Tovuz” – Zirə qarşılaşmasında qonaqların lehinə penalti təyin edilməməsi düzgün qərar kimi dəyərləndirilib. Həmçinin “Zirə”nin vurduğu qol ofsayd səbəbindən ləğv olunub.

“Sabah” – “Karvan-Yevlax” oyununda isə meydan sahiblərinin futbolçusuna göstərilən qırmızı vərəqə qərarı haqlı sayılıb.

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənovun Misli Premyer Liqasının XXIX turunda keçirilmiş oyunlardakı mübahisəli epizodlarla bağlı şərhini təqdim edirik:

 

Избранный
68
3
90deqiqe.az

8Источники