RU

Tramp Kral III Çarlza zarafat etdi: Britaniya kiçik bir krallıqdır

ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən görüş zamanı Böyük Britaniya Kralı III Çarlzla bağlı bir neçə dəfə zarafat edib.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı "RİA Novosti" yayıb.

"Siz Konqresə gedəcəksiniz ki, orada hamının sizin o gözəl aksentinizə həsəd aparmasına səbəb olacaq bir çıxış edəsiniz", - deyə Tramp krala müraciətlə zarafat edib.

Bundan əlavə, Tramp Britaniyanı "kiçik" krallıq adlandırıb. Amerika lideri həmçinin bildirib ki, anası gələcək monarx hələ şahzadə olduğu dövrlərdə ona "aşiq olub". Bu sözlərdən sonra zalda gülüş səsləri ucalıb.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
69
18
redaktor.az

10Источники