RU

Həbsxana mühafizəçiləri üsyan etdi: girişlər bloklandı

Fransada həbsxana əməkdaşları müəssisələrdə məhbus sayının normadan artıq olması və personal çatışmazlığına etiraz ediblər.

Musavat.com xəbər verir ki, aksiyalar aprelin 27-də həbsxana mühafizəçilərinin UFAP-UNSA həmkarlar ittifaqının çağırışı ilə keçirilib.

Səhər saatlarından etibarən ittifaq X sosial şəbəkəsində müxtəlif həbsxana və istintaq təcridxanalarında baş verən etirazlarla bağlı məlumatlar yayıb.

Məlumata görə, həbsxana əməkdaşları mitinqlər keçirib, bəzi müəssisələrin girişlərini bloklayıblar. Bu səbəbdən məhbusların etap olunması və daşınması da məhdudlaşdırılıb.

Etiraz aksiyaları Lion, Valans, Burj, Ekruv, Trua, Amyen və digər şəhərlərdə qeydə alınıb.

Musavat.com

Избранный
70
musavat.com

1Источники