RU

İran səfiri Böyük Britaniya XİN ə çağırılıb Paylaşımına görə...

Bizim media saytından verilən məlumata görə, ain.az xəbər verir.

Böyük Britaniya Xarici İşlər Nazirliyi İranın Londondakı səfirliyinin sosial şəbəkələrdəki "qəbulolunmaz və təxribat xarakterli şərhləri" ilə əlaqədar ölkənin səfirini nazirliyə çağırıb.Bizim.Media xəbər verir ki, “Evropeyskaya Pravda” nəşrinin yazdığına görə, bu barədə Britaniya XİN-dən məlumat verilib.Yaxın Şərq məsələləri üzrə nazir Hamiş Falkoner İran səfirinə bildirib ki, səfirliyin hərəkətləri və şərhləri tamamilə qəbulolunmazdır. O, səfirliyin "Böyük Britaniyada və ya beynəlxalq səviyyədə zorakılığa həvəsləndirmə kimi şərh edilə bilən" hər hansı bir kommunikasiya formasına son qoymalı olduğunu vurğulayıb.

 

XİN əlavə edib ki, Britaniya hökuməti İran rejimini Böyük Britaniya ərazisindəki bədniyyətli hərəkətlərinə, Londonun Fars körfəzindəki müttəfiqlərinə qarşı ehtiyatsız hücumlarına və öz xalqına qarşı zorakılığa görə tənqid etməyə davam edəcək.

Nazirlik söhbətin konkret hansı paylaşımlardan getdiyini dəqiqləşdirməyib. Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
51
1
bizim.media

1Источники