NATO transatlantik bir ittifaq kimi fəaliyyətini dayandıra bilər.
Redaktor.az xəbər verir ki, Almaniyanın keçmiş xarici işlər naziri Yoşka Fişer bu barədə ölkənin "Der Spiegel" qəzetinə verdiyi müsahibəsində bildirib.
Almaniya XİN-in sabiq rəhbəri vurğulayıb ki, Avropada ABŞ-a olan etimad artıq itirilib və yaxın gələcəkdə "onu geri qaytarmaq mümkün deyil". Onun fikrincə, NATO-nun sabitliyi məhz bu etimad üzərində qurulmuşdu.
"Gələcəkdə biz sadəcə olaraq ABŞ-yə arxalana bilmərik. NATO-nun, ən azından transatlantik ittifaq kimi sağ qalmayacağını ehtimal etməyə cürət edirəm. Hesab edirəm ki, 'Avropa NATO-sunun' mövcudluğunu davam etdirməsi ağlabatan olardı", - deyə Fişer qeyd edib.
Eks-nazirin sözlərinə görə, Avropa üçün "ən sadə həll yolu" bir "istəklilər koalisiyasına" güvənmək olacaq və bu səbəbdən qitədə Fransa ilə Almaniya "əvəzolunmaz" qüvvəyə çevriləcəklər.
Xədicə BAXIŞLI