Türkiyənin cənub-qərbində yerləşən qədim Laodikya şəhərindəki Qərb Teatrında ilahə Afinanın təxminən iki metr (altı fut) hündürlüyündə heykəli aşkar edilib. Ağ mərmərdən yonulmuş və arxa hissəsi tamamlanmamış bu tapıntı dövlət binasının xarici divarı yaxınlığında, dağıntılar arasında üzüaşağı vəziyyətdə tapılıb. Heykəlin baş və qol hissələri hələlik tapılmasa da, oyma üslubu onun Roma imperatoru Avqustun hakimiyyəti dövrünə (eramızdan əvvəl 27 – eramızın 14-cü illəri) aid olduğunu sübut edir.
Müharibə ilahəsi obrazında olan Afina qolsuz peplos geyimində, çiyinlərində isə xlamis (plaş) ilə təsvir edilib. İlahənin sinəsindəki qoruyucu ekidada (aegis) Medusanın başı və ilan rəsmləri həkk olunub. Afina həm də Laodikyada inkişaf etmiş toxuculuq sənayesinin hamisi hesab olunurdu.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”