Rusiya Qızıl Xaç Cəmiyyəti İrana 5 ton humanitar yardım göndərib.
Bu barədə təşkilatın rəhbəri Pavel Savçuk TASS Agentliyinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, yardım kampaniyası Dağıstan regional bölməsi və digər yerli şöbələr tərəfindən hakimiyyət orqanlarının dəstəyi ilə təşkil olunub. Toplanan ləvazimatlar ölkə daxilində paylanılması üçün İran Qızıl Aypara Cəmiyyətinə təhvil verilib.
Qeyd edək ki, göndərilən humanitar yardım əsasən, tibbi ləvazimatlardan, gündəlik tələbat malları və əsas ehtiyac vasitələrindən ibarətdir.
Təhminə VERDİYEVA,
“Azərbaycan”