RU

Çin “Meta”nın 2 milyardlıq müqaviləsini ləğv etdi

Çin hökuməti “Meta” şirkətinin süni intellekt sahəsində fəaliyyət göstərən “Manus” startapını almasına mane olub. 

“CNN” xəbər verir ki, “Meta” keçən ilin sonunda Çin mənşəli “Manus” startapını almaq üçün razılığa gəlmişdi. Lakin Çin rəsmiləri bu sövdələşməni dayandırmaq və tərəflərdən əlaqələri kəsməyi tələb edib. Çində qurulan bu startap, istifadəçinin adından müstəqil qərarlar verə bilən süni intellekt agenti ilə məşhurlaşmışdı. Bu texnologiya Çində böyük qürur mənbəyi hesab olunurdu.

Şirkətin baş ofisini Sinqapura köçürməsi və sonra ABŞ nəhənginə satılması Çin ictimaiyyətində mənfi qarşılanıb. Sosial şəbəkələrdə bu addım “xəyanət” kimi qiymətləndirilib.

ABŞ və Çin arasında süni intellekt və yarımkeçiricilər sahəsində ciddi rəqabət gedir. Pekin yerli istedadların və texnologiyaların rəqib ölkəyə transfer edilməsini istəmir. Bu qərarla Pekin digər yerli startaplara mesaj göndərir ki, xarici satışlara asanlıqla icazə verilməyəcək. Məlumata görə, “Manus”un qurucuları Xiao Honq və Ji Yiçao araşdırma çərçivəsində ölkədən kənara çıxa bilməzlər. Müqavilənin ləğvi praktikada çox mürəkkəb olacaq. Çünki “Meta” artıq “Manus”un texnologiyalarını öz daxili sistemlərinə inteqrasiya edib və startapın rəhbərləri “Meta”da işə başlayıblar. 

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Избранный
40
azerbaijan-news.az

1Источники