RU

Esmira Abdullayevanın təşkil etdiyi şeir müsabiqəsi yekunlaşdı

Ajans.az xəbər verir ki, ustad sənətkarlar Baba Vəziroğlu, İlqar Fəhmli və Samir Əfsəroğlunun münsifliyi ilə otuz doqquz iştirakçı arasından ən yaxşılar seçildi. Gərgin seçim turlarından sonra:
​1-ci yerə Kərim Kələyev,
​2-ci yerə Əli Məlikli,
​3-cü yerə isə Samir İbrahimli layiq görüldü. Azərbaycan Yazıçılar Birliyinin Natavan klubunda baş tutan mükafatlandırma mərasimində qaliblərin şeirləri tanınmış qiraətçilər tərəfindən böyük ustalıqla səsləndirildi. Varis Yolçuyev Elbrus Kəlbiyev və Sona çərkəz kimi tanınmış söz adamlarının, eləcə də universitet nümayəndələrinin iştirak etdiyi gecədə ədəbiyyatın birliyi bir daha nümayiş olundu.
​Layihə rəhbəri Esmira Abdullayeva çıxışında hər bir iştirakçını qalib adlandıraraq bildirdi ki:
​“Ədəbiyyat sonsuz bir okeandır və biz də bu okeana bir damla olmağa çalışdıq. Sözə dəyər verən insanlar heç vaxt uduzmurlar.” https://www.instagram.com/esmira.abdullayevaa?igsh=MWh5Ynp1bDZwemg0ag==

https://www.instagram.com/kitabcilarr?igsh=cHgzc2h2eWJoNnd3

Избранный
44
Ajans.az

1Источники