“Benfika”nın baş məşqçisi Joze Mourinyo yenidən “Real”a qayıda bilər.
Publika.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, 63 yaşlı mütəxəssis Madrid klubunda baş məşqçi postuna əsas namizəddir. “Real”ın prezidenti Florentino Peres artıq onunla danışıqlara başlayıb. Mourinyonun “Benfika” ilə müqaviləsində 3 milyon avro məbləğində sərbəstqalma bəndi var.
Portuqaliyalı məşqçi daha əvvəl 2010–2013-cü illərdə “Real”a rəhbərlik edib və bu müddətdə komanda ilə İspaniya çempionluğunu, ölkə kubokunu və Superkuboku qazanıb.