RU

 Ayda yeni minerallar kəşf edilib

Çinli alimlər “Chang'e-5” missiyası çərçivəsində Aydan gətirilən nümunələrdə əvvəllər məlum olmayan iki yeni mineral — “magneziochangisite-(Y)” və “changisite-(Ce)” kəşf ediblər. “Global Times”ın məlumatına görə, nadir torpaq fosfatları kateqoriyasına aid edilən bu minerallar Beynəlxalq Mineralogiya Birliyi tərəfindən rəsmi olaraq təsdiqlənib.

Bu kəşf Çinin Ay nümunələrində tapdığı ikinci və üçüncü mineral olmaqla yanaşı, Ayda indiyədək aşkar edilmiş ümumi mineralların sayını səkkizə çatdırıb. Daha əvvəl, 2022-ci ildə Çin alimləri “changsite-(Y)” adlı ilk mineralın tapıldığını elan etmişdilər. Xatırladaq ki, 2020-ci ilin sonunda Yerə 1,73 kiloqram nümunə gətirən "Chang'e-5" missiyası ilə Çin, ABŞ və Rusiyadan sonra Ay süxurlarını tədqiq edərək mineral kəşf edən üçüncü ölkə olub.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Избранный
57
azerbaijan-news.az

1Источники