Bu ilin yanvar-mart aylarında (1-ci rübdə) Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 417 milyon 753 min manat sığorta haqqı toplanılıb.
Azərbaycan Mərkəzi Bankının aylıq statistikasına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 218 milyon 456 min manat təşkil edib. Bu isə illik müqayisədə 33,2 % çoxdur.