RU

Meksikada kartelə ağır zərbə - "El Menço"nun varisi saxlanıldı

Meksika xüsusi təyinatlı qüvvələri ölkənin ən təhlükəli cinayətkar təşkilatlarından biri olan Xalisko Yeni Nəsil Kartelinin (CJNG) əsas fiqurunu və çirkli pulların yuyulmasını həyata keçirən şəxsi ələ keçirib.

Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, əməliyyatdan sonra kartel üzvləri sərhəd şəhərlərində yolları bağlayaraq ərazini müharibə zonasına çevirib və ABŞ səfirliyi öz işçilərinə əraziyə girməmək barədə xəbərdarlıq edib.

"El Jardinero" (Bağban) kimi tanınan Audias Flores, Meksikanın Sakit okean sahili boyunca geniş bir əraziyə nəzarət edən yüksək səviyyəli səhra komandiri idi. Flores, liderləri El Mençonun öldürülməsindən sonra karteli ələ keçirmək üçün ən güclü namizəd hesab olunurdu.

Meksika Hərbi Dəniz Qüvvələri tərəfindən həyata keçirilən əməliyyatın təfərrüatları da maraqlıdır. Flores təxminən 60 ağır silahlanmış mühafizəçi və 30 pikapdan ibarət təhlükəsizlik kordonu tərəfindən qorunurdu. Lakin 500 əsgər, 6 helikopter və təyyarənin dəstəyi ilə keçirilən basqın nəticəsində mühafizəçilər dağıldılar. Flores gizlənməyə çalışdığı drenaj kanalında bir güllə də atılmadan ələ keçirildi.

İlahə Qənbərli

Missiya.Az

Избранный
17
missiya.az

1Источники