RU

Braziliyada “Azərbaycan Mədəniyyət Günü” adlı tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Braziliyanın Laqo Sul şəhərində Azərbaycan zəngin mədəni irsinintanıdılması məqsədilə "Azərbaycan Mədəniyyət Günü" adlı tədbirkeçirilib.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.

Bildirilib ki, tədbir Azərbaycan Respublikasının Diasporla İşüzrə Dövlət Komitəsinin dəstəyi, Braziliya Beynəlxalq Münasibətlərüzrə Jurnalistlər Assosiasiyasının prezidenti, jurnalist FabianaCeyhanın təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Azərbaycanın qədim və zəngin mədəniyyətini əks etdirənmilli musiqilər, rəqslər, ənənəvi geyimlər və xalq sənətinümunələri geniş şəkildə nümayiş olunub. Ölkəmizin mədəni irsinindərin tarixi köklərə malik olduğu və bu gün də beynəlxalq səviyyədətanındığı xüsusi vurğulanıb.

Bundan əlavə, milli mətbəx nümunələrinin sərgiləndiyi stendlərqurulub, iştirakçılar aşpaz Halil Ceyhanın hazırladığı Azərbaycanmətbəxinin ləziz təamlarına qonaq edilib.

Tədbirin bədii hissəsi xüsusi maraqla qarşılanıb. Millimusiqilərimizin səsləndirilməsi qonaqlara unudulmaz anlar yaşadıb.Nyu Yorkda yaşayan azərbaycanlı musiqiçilər Röya və Rizvanınifaları isə braziliyalı tamaşaçıların zövqünü oxşayıb.

Tədbir Azərbaycan mədəniyyətinin beynəlxalq arenada dahayaxından tanıdılmasına, milli kimliyimizin qorunmasına və iki ölkəarasında mədəni əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verib.“Azərbaycan Mədəniyyət Günü” Braziliya mətbuatında da genişişıqlandırılıb.

Braziliyada
Braziliyada
Braziliyada
Braziliyada
Braziliyada
Braziliyada
Braziliyada
Избранный
49
4
az.trend.az

6Источники