Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən akademik avarçəkmə, kayak və kanoe üzrə "Prezident Kuboku 2026" beynəlxalq reqatasında iştirak edən komandaların rəsmi paradı keçirilib.
Fanat.Az xəbər verir ki, Mingəçevirdə baş tutan tədbirdə əvvəlcə rəsmi şəxslər və qonaqlar Heydər Əliyevin Mingəçevir şəhərindəki abidəsini ziyarət ediblər.
Daha sonra iştirakçı komandaların Heydər Əliyev prospekti boyunca keçidi olub.
Ardınca Dövlət Himni səsləndirilib və tədbir bədii hissə ilə davam edib.
Parada Azərbaycan təmsilçiləri ilə yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan olan 100-dən artıq idmançı qatılıb.
Qeyd edək ki, yarışa ötən gün Ağdərədə - Sərsəng su anbarında start verilib. Reqataya mayın 1-də yekun vurulacaq.