RU

Katibdən MSK üzvlərinin sayının ixtisar edilməsi təklifinə REAKSİYA: “Milli Məclisə müraciət etsinlər”

Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibi, xüsusilə də Məzahir Pənahovun sədr seçilməsi ilə bağlı qərar sosial şəbəkələrdə müzakirəsiz ötüşməyib. MSK-da üzv sayının çoxluğu tənqid olunub, bəziləri üzvlərin ixtisar edilməsini təklif ediblər.

 

MSK-ya yenidən katib seçilən Mikayıl Rəhimov Pravda.az-a açıqlamasında deyib ki, kimin narazılığı varsa, parlamentə təkliflə çıxış edə bilər.

 

O bildirib ki, MSK-nın tərkibi qanunla tənzimlənir: “Azərbaycanın Seçki Məcəlləsi var. Məcəllədə nəzərdə tutulmuş forma da budur. Komissiyanın qərarı ilə bağlı kiminsə təklifləri varsa, qərar hansısa eksperti qane etmirsə, gərək Milli Məclisə müraciət etsin, MSK-ya yox. Burda MSK məsələ həll edən orqan deyil ki...”

 

Xatırlatma: Mikayıl Rəhimov 2011-ci ildən MSK-da katibdir.

 

Qeyd: Mərkəzi Seçki Komissiyasının yeni tərkibi 18 nəfərdən ibarətdir. Sosial şəbəkələrdə sədr və müavinlərin, eləcə də üzvlərin maaşı da müzakirə yaradıb. Belə ki, sədrin maaşı 12000 manat, müavininin maaşı 11000 manat, iki katibinin maaşı 10000 manat, üzvlərinin maaşı isə 9000 manatdır. MSK-nın sədri Məzahir Pənahov 2000-ci ildən bu vəzifədədir.

 

Aytəkin Qardaşova

Tarix: 28 Aprel 2026, 14:59   
Избранный
4
pravda.az

1Источники