RU

“Vaxtın gedişi İranın xeyrinə işləmir” ŞƏRH

ain.az, Gununsesi portalına istinadən məlumat verir.

“Donald Trampın danışıqlar masasına oturmağa razılıq verəcəyinə inanmıram”. 

Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib:

“Nəticə etibarilə bu danışıqların gedişi və əldə olunacaq saziş Amerika Birləşmiş Ştatlarının dünya siyasətində yerini yenidən müəyyən edəcək.

Bu, ya üstün hökmranlıq, ya da heç nə seçimi kimi kəskin bir vəziyyətdir. Eyni zamanda bu vəziyyət Donald Trampın və onun siyasi komandasının, yəni Respublikaçıların gələcək siyasi yolunu da müəyyən edəcək.

Ya hakimiyyətdə qalmaq, ya da hakimiyyətdən getmək məsələsi ön plana çıxır. Trampın hakimiyyətə gəldiyi gündən bəyan etdiyi Çinə qarşı uzunmüddətli üstünlük qazanmaq məqsədi də bu prosesdə həllini tapacaq. Yəni əldə olunacaq saziş təkcə Amerika ilə İran arasında deyil.

Eyni zamanda Amerika ilə Avropa arasında münasibətləri, Qrenlandiya məsələsini, Kuba məsələsini, Çin amilini və digər istiqamətləri də əhatə edir. Bütün bunların açarı bu gün Hörmüz boğazı ətrafındakı vəziyyətlə bağlıdır. Bu baxımdan ABŞ ikiqat qapanma yaratmaqla özünə çıxış imkanı formalaşdırmış olur”.

Deputat hesab edir ki, hazırda vaxtın gedişi İranın xeyrinə işləmir:

“Amma əvvəllər əks fikir də səslənirdi ki, vaxt ABŞ-nin xeyrinə işləmir. Çünki orada böyük hərbi qüvvə, gəmi birləşmələri var və onların saxlanılması ciddi gündəlik xərclər tələb edir.

İran üçün də vəziyyət çətindir. İran anlayır ki, son illərdə yaranmış çətinliklərin heç birini tam həll etməyib. Sosial etiraz dalğasının daha da genişlənmə ehtimalı var. Buna görə də ölkə blokadanın zəiflədilməsinə və daha çox gəlir əldə etməyə çalışır.

Hakimiyyət yalnız əldə edəcəyi maliyyə ilə iqtisadi vəziyyəti sabitləşdirə və əhaliyə müəyyən rifah verə bilər. Sosial problemlər isə bir neçə dəfə artaraq daha da ağırlaşıb.

Hətta Amerika geri çəkilsə belə, mövcud idarəetmə üçün vəziyyət yenə də çətin olaraq qalacaq. Buna görə də İran tərəfi Körfəz bölgəsində özünə dəstək axtarır və əvvəlki münaqişələrdən qalan gərginliyi azaltmağa çalışır”.

Şəbnəm

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
59
icma.az

1Источники