Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bu ilin yanvar-mart aylarında 109 milyon 936 min dollar dəyərində 129 min ton meyvə-tərəvəz idxal edib.
Banco.az Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən meyvə-tərəvəzin dəyəri 3,5% (3 milyon 683 min dollar) artıb, miqdarı isə 8,2% (11 min 526 ton) azalıb.
2025-ci ilin eyni dövründə Azərbaycandan 106 milyon 253 min dollar dəyərində 140 min 527 ton meyvə-tərəvəz idxal edilib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında meyvə-tərəvəzin ümumi idxalda xüsusi çəkisi 2,75%-ə bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!