RU

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-dəQəbələdə Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər NazirliyininDövlət naziri Səid bin Mübarək Əl-Hacirinin başçılıq etdiyinümayəndə heyətini qəbul edib.

Trend xəbərverir ki, Prezident İlham Əliyev strateji tərəfdaşlığa əsaslananikitərəfli əlaqələrimizin bütün sahələrdə uğurla inkişaf etdiyinideyərək, bu xüsusda Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ŞeyxMəhəmməd bin Zayed Al Nəhyan ilə dostluq münasibətlərinə toxundu.Prezident İlham Əliyev özünün Birləşmiş Ərəb Əmirliklərinə, ŞeyxMəhəmməd bin Zayed Al Nəhyanın isə Azərbaycana, o cümlədən Qarabağasəfərlərini, həmçinin bu səfərlər zamanı aparılmış müzakirələriməmnunluqla xatırladı, bütün bunların əlaqələrimizingenişləndirilməsində mühüm rol oynadığını vurğuladı.

Prezident İlham Əliyev Səid bin Mübarək Əl-Hacirinin ölkəmizəböyük nümayəndə heyəti ilə gəldiyini deyərək, bu səfərinmünasibətlərimizin dərinləşdirilməsi baxımından roluna toxundu.

Qəbula görə minnətdarlığını bildirən Səid bin Mübarək Əl-HaciriBirləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed AlNəhyanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Azərbaycan Prezidenti salamlara görə minnətdarlığını bildirdi,onun da salamlarını Şeyx Məhəmməd bin Zayed Al Nəhyana çatdırmağıxahiş etdi.

Qonaq dövlətimizin başçısının liderliyi ilə Cənubi Qafqazregionunda sülh gündəliyinin irəli aparılması prosesində əldəedilmiş uğurlar, həmçinin Azərbaycan ilə Ermənistan arasında sülhünəldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyi səylərəgörə Azərbaycan Prezidentinin “Sülh və Barışıq üçün Gernikamükafatı”na layiq görülməsi münasibətilə təbriklərini çatdırdı.

Təbriklərə görə təşəkkür edən Prezident İlham Əliyev BirləşmişƏrəb Əmirliklərinin qurucusu, sabiq Prezidenti Şeyx Zayed binSultan Al Nəhyanın humanitar irsini və dəyərlərini təşviq edən“Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsini xatırladı vəbuna görə Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə bir dahaminnətdarlığını çatdırmağı qonaqdan xahiş etdi.

Görüşdə ölkələrimiz arasında ikitərəfli gündəliyin zəngin olduğuvurğulandı, siyasi, iqtisadi, ticari, enerji, həmçinin bərpaolunanenerji, birgə investisiya fondunun fəaliyyəti, birgə hərbi təlimlərvə digər istiqamətlərdə əməkdaşlıq məsələlərinə dair fikirmübadiləsi aparıldı.

Söhbət zamanı Yaxın Şərqdəki vəziyyətə toxunuldu, regiondakıbütün məsələlərin diplomatik yolla həll edilməsinin vacibliyibildirildi.

Prezident
Prezident
Prezident
Prezident
Prezident
Prezident
Prezident
Prezident
Избранный
2
49
az.trend.az

8Источники