Bakı. Trend:
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və AzərbaycanRespublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosialİnnovasiyalar üzrə Dövlət Agentliyinə yeni səlahiyyətlərverilib.
Trend xəbərverir ki, bu, Prezident İlham Əliyevin imzaladığı "Dövlətxidmətləri haqqında" qanunun tətbiqi və bundan irəli gələn bir sıraməsələlərin tənzimlənməsi barədə 3 dekabr 2025-ci il tarixlifərmanında dəyişiklikdə öz əksini tapıb.
Fərmana əsasən, xidmət istifadəçisi üçün vahid hüquqi nəticəninyaranmasına səbəb olan hər hansı bir inzibati icraat fərqli xidməttəminatçıları tərəfindən təmin edilən bir neçə dövlət xidmətindənibarətdirsə, həmin dövlət xidmətləri kiçik və orta biznes evlərinəmünasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi,“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə münasibətdə isəAzərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmətvə Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindənəlaqələndirilməklə formalaşdırılmalıdır.
Bundan başqa, dövlət xidmətlərinin göstərilməsinin çevikliyini,səmərəliliyini artırmaq, habelə xidmət istifadəçilərinin əlavə vaxtitkisinin və məsrəflərinin qarşısını almaq, xidmətlərin dahakeyfiyyətli, rahat və innovasiyaları tətbiq etməklə həyatakeçirilməsini təmin etmək məqsədilə müvafiq icra hakimiyyətiAzərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin müəyyən etdiyiorqan (qurum) tərəfindən müəyyən edilən hallarda dövlət xidmətlərixidmət təminatçısına tabe olmayan, maraqlar toqquşmasını istisnaedən nəzarət və monitorinq mexanizminin təmin edildiyi vahid vəəlaqələndirilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyənetdiyi orqanın (qurumun) vahid xidmət mərkəzlərində həyata keçiriləbilər. Bu halda xidmət təminatçısı tərəfindən vahid xidmətmərkəzlərində həyata keçirilən dövlət xidmətinin dizaynınınhazırlanması və reqlamentinin təsdiq edilməsi AzərbaycanRespublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosialİnnovasiyalar üzrə Dövlət Agentliyi müəyyən etdiyi orqanla(qurumla) razılaşdırılmaqla həyata keçirilir.
Dövlət xidmətinin göstərilməsi ilə əlaqədar həmin xidmət üzrəxidmət təminatçısından əlavə sahibkarlıq fəaliyyəti ilə məşğul olanfiziki və hüquqi şəxslər tərəfindən əlavə xidmətlər göstərilirsə,həmin fiziki və hüquqi şəxslərin siyahısı xidmət təminatçısının vəmüvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi AzərbaycanRespublikasının Prezidenti yanında Antiinhisar və İstehlak BazarınaNəzarət Dövlət Agentliyinin rəsmi internet informasiya ehtiyatındayerləşdirilir və aktuallığı təmin edilir.