RU

Fuad Nağıyev: Azərbaycanda qastroturizmin inkişafı üçün geniş potensial var

Şuşa, 28 aprel, AZƏRTAC

Azərbaycan zəngin və qədim mətbəx ənənələrinə malikdir və qastroturizmin inkişafı üçün geniş potensial var. Bu baxımdan qastroturizmin inkişaf etdirilməsi Dövlət Turizm Agentliyinin fəaliyyətində prioritet istiqamətlərdən biridir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Şuşada keçirilən Qastronomiya günündə çıxışı zamanı deyib.

“Qastronomiya turizmin inkişafına töhfə verdiyi kimi, milli mətbəximizi, həmçinin zəngin maddi-mədəni irsimizi, tarixi ənənələrimizi, mədəniyyətimizi də dünyaya tanıtmağa kömək edir. Bu kimi tədbirlər ölkələr arasında ortaq mətbəxin formalaşmasına, regional əməkdaşlığın inkişafına, sənaye nümayəndələrinin təcrübə mübadiləsinə, beynəlxalq platformalarda təmsil olunmasına dəstək verir” – deyə F.Nağıyev bildirib.

Müxbir – Tahir Ağaməmmədov

Избранный
108
1
azertag.az

2Источники