RU

Agentlik sədri: Şagirdlərin çantalarının yoxlanılması məktəblərdəki problemləri aradan qaldırmayacaq

Apa.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Məktəblərdə son zamanlarda baş verən xoşagəlməz hadisələr təkcə şagird çantalarında gətirilən əşyalarla bağlı deyil. Şagirdlərin çantalarının yoxlanılması bu problemləri tamamilə aradan qaldırmayacaq".

APA xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, məktəblərdəki problemləri aradan qaldırmaq üçün agentliyin öhdəsinə düşən məktəb kollektivini təlimatlandırmaq və lazımi öhdəliklərini onlara çatdırmaqdır: “Həmçinin məktəb psixoloqları, müəllimlər bu istiqamətdə öhdələrinə düşən vəzifələri icra etməlidirlər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
37
4
apa.az

6Источники