RU

Restoran önündə “özəl parkinq”... Video

Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakıda fəaliyyət göstərən “Court Baku” restoranının qarşısında qeydə alınan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Videoda restoranın önündə yerləşən parklanma sahəsinin bir hissəsində digər sürücülərin avtomobil saxlamasının qarşısını almaq üçün xüsusi qurğu quraşdırıldığı iddia edilir.

İddialara görə, sözügedən ərazi paytaxtda fəaliyyət göstərən “AzParkinq” sisteminə aid parklanma zonası kimi tanınsa da, faktiki olaraq ərazinin bir hissəsi restoran tərəfindən məhdudlaşdırılıb.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Axar.az-ın sorğusuna cavab olaraq bildirib ki, qeyd edilən yer şəxsi mülkiyyətdə olduğu üçün ərazidə ödənişli parklanma məntəqəsi təşkil edilməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
35
1
axar.az

2Источники