RU

Bu layihə Azərbaycanda yeni təhsil potensialının formalaşmasına töhfə verəcək - Emin Əmrullayev

Bakı. Trend:

İspaniyanın IE Universiteti ilə birgə IE Liderlik və İnnovasiyaMərkəzinin yaradılması Azərbaycanın təhsilininbeynəlmiləlləşdirilməsi istiqamətində yeni addım olacaq.

Trend xəbər verirki, bunu Azərbaycanın Elm və Təhsil Naziri Emin Əmrullayev BakıdaIE Liderlik və İnnovasiya Mərkəzinin yaradılması üzrə AnlaşmaMemorandumunun imzalanması mərasimində çıxışı zamanı deyib.

“Bir neçə həftə və ya ay əvvəl bu ideyanı necə həyata keçirəbiləcəyimiz barədə çox məhsuldar müzakirə apardıq. Əminəm ki, bulayihə ilk növbədə Azərbaycanda yeni təhsil potensialınınformalaşmasına, eləcə də azərbaycanlı gənclərin və peşəkarlarındəstəklənməsinə töhfə verəcək.

IE Universitetinə öz mərkəzlərindən biri üçün gözəl şəhər vəmöhtəşəm məkan yer olan Bakını seçdiyinə görə təşəkkürümü bildirməkistəyirəm. Əminəm ki, Bakı təkcə neft-qaz tarixi ilə deyil, həm dəmultikultural mühiti, regionların kəsişməsində yerləşən stratejimövqeyi və gələcək inkişaf üçün böyük potensialı sayəsində tarixboyu biznes və təhsil sahəsində üstün mərkəz olmağa layiqdir.Həmçinin SOCAR-dakı həmkarlarıma Azərbaycanda təhsilə daha genişmənada göstərdikləri səxavətli dəstəyə görə təşəkkür edirəm. Hesabedirəm ki, bu, artıq uğurlu tarixə malik olan və inkişaf etməyədavam edən dövlət və özəl sektor əməkdaşlığının mühümnümunəsidir”,- deyə nazir bildirib.

E. Əmrullayev qeyd edib ki, bu təşəbbüs azərbaycanlımütəxəssislərə peşəkar əlaqələrini genişləndirməyə və qarşılıqlıfəaliyyətin yeni səviyyəyə yüksəlməsinə vəsilə olacaq.

“Əminəm ki, bu layihə Azərbaycan təhsil ictimaiyyətininbeynəlmiləlləşdirilməsi və ali təhsil sisteminin inkişafı yolundanövbəti addım olacaq”, – deyə nazir əlavə edib.

Onun sözlərinə görə, bu təşəbbüs Azərbaycanda təhsilinəlçatanlığının, keyfiyyətinin və beynəlxalq inteqrasiyasınınartırılmasına yönəlmiş ali təhsil siyasətinə uyğundur.

“Biz artıq qürur duyduğumuz bir sıra layihələri həyatakeçiririk, məsələn, Türkiyə-Azərbaycan Universiteti və müxtəlifölkələrdən olan tərəfdaşlarla ikili diplom proqramları. Bu gün isəIE Universiteti ilə tərəfdaşlığı qeyd edirik”, – deyə nazirvurğulayıb.

Məqalədə:
Избранный
80
az.trend.az

1Источники