Bu il Azərbaycanda ilk dəfə məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesi keçiriləcək. Bunu ümumtəhsil və məktəbəqədər təhsil üzrə dövlət agentliyinin sədri Eşqi Bağırov bugün keçirilən brifinqdə deyib.
O bildirib ki, 2026-cı il üzrə sertifikatlaşdırma prosesinin 17-19 iyun və 23-25 iyun tarixlərində təşkil olunması planlaşdırılır.
Gülnar Nazimqızı