“Moldovanın Rumıniyanın tərkibinə qatılması Kişineunun Avropa İttifaqına (Aİ) daha tez daxil olmasına imkan verəcək”.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu fikri Moldova Prezidenti Maya Sandu “Le Monde” qəzetinə müsahibəsində səsləndirib.
“Bu, bizə Aİ-yə daha tez qoşulmağa imkan verər və kömək edə bilər”, - həm də Rumıniya vətəndaşlığına malik olan Sandu deyib.
Bununla belə, dövlət başçısı belə bir qərarın ölkə vətəndaşlarının əksəriyyəti tərəfindən qəbul edilməli olduğunu söyləyib.
Aİ-yə üzvlüyün alternativ yolları haqqında danışarkən Sandu ölkəsinin tanınmamış “Dnestryanı Respublikası” olmadan birliyə qoşulmasını mümkün hesab etdiyini bildirib:
“Bu, mümkün həll yoludur”.
"Cebheinfo.az"