RU

Yeni mərhələnin siyasi hüquqi simvolu: Mərkəzi Seçki Komissiyasının yenidən formalaşması

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün və dövlət suverenliyinin tam təmin olunmasından sonra ölkəmiz yeni tarixi mərhələyə qədəm qoymuşdur. Bu mərhələ yalnız hərbi-siyasi qələbənin nəticəsi deyil, eyni zamanda dövlət idarəçiliyinin, hüquqi institutların və demokratik mexanizmlərin daha da təkmilləşdirilməsi ilə səciyyələnir. Məhz belə bir mühüm dövrdə Mərkəzi Seçki Komissiyasının (MSK) yenidən formalaşdırılması Azərbaycanın hüquqi dövlət quruculuğu yolunda atdığı strateji və əhəmiyyətli addımlardan biri kimi xüsusi diqqət çəkir.

Azərbaycanın müasir siyasi tarixində seçki institutlarının rolu hər zaman mühüm olub. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan hüquqi dövlət quruculuğu strategiyası çərçivəsində seçki sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Bu siyasət bu gün də cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və yeni mərhələdə daha da zənginləşdirilir.

Mərkəzi Seçki Komissiyasının yenidən formalaşdırılması, ilk növbədə, dövlət institutlarının müasir çağırışlara uyğunlaşdırılması zərurətindən irəli gəlir. Ərazi bütövlüyünün tam bərpa olunması ilə ölkənin bütün ərazilərində seçki hüquqlarının təmin edilməsi, vətəndaşların demokratik proseslərdə iştirak imkanlarının genişləndirilməsi əsas prioritetlərdən birinə çevrilmişdir. Bu isə seçki idarəçiliyində şəffaflığın, obyektivliyin və etimad mühitinin daha da möhkəmləndirilməsini tələb edir.

Yeni tərkibdə formalaşan MSK-nın əsas missiyası yalnız seçkilərin təşkili ilə məhdudlaşmır. Bu qurum eyni zamanda demokratik institutların inkişafına töhfə verən, vətəndaş cəmiyyətinin iştirakını təşviq edən və seçki mədəniyyətini yüksəldən mühüm platformadır. Müasir texnologiyaların tətbiqi, rəqəmsallaşma və innovativ yanaşmaların genişləndirilməsi MSK-nın fəaliyyətində yeni keyfiyyət mərhələsinin başlanğıcını qoyur.

Qeyd etmək lazımdır ki, Azərbaycanın post-münaqişə dövründə həyata keçirdiyi islahatlar beynəlxalq aləmdə də böyük maraqla qarşılanır. Seçki institutlarının təkmilləşdirilməsi, qanunvericilik bazasının gücləndirilməsi və idarəetmədə şəffaflığın artırılması ölkəmizin demokratik imicinin möhkəmlənməsinə xidmət edir. MSK-nın yenidən formalaşdırılması bu baxımdan həm də beynəlxalq ictimaiyyətə verilən mühüm mesajdır. Azərbaycan güclü dövlət olmaqla yanaşı, eyni zamanda hüququn aliliyinə əsaslanan demokratik idarəetmə modelinə sadiqdir.

Bu mühüm hüquqi-siyasi hadisə həm də cəmiyyətin dövlət institutlarına olan etimadının daha da artmasına səbəb olacaqdır. Yeni tərkibin peşəkarlığı, obyektivliyi və məsuliyyət hissi seçki proseslərinin yüksək səviyyədə keçirilməsinə zəmin yaradacaq, vətəndaşların seçki hüquqlarının tam təmin olunmasına xidmət edəcəkdir.

Mərkəzi Seçki Komissiyasının yenidən formalaşdırılması Azərbaycanın yeni dövrə keçidinin parlaq təzahürüdür. Bu addım dövlətin gücünü, siyasi iradəsini və demokratik inkişaf kursuna sadiqliyini bir daha nümayiş etdirir. Suverenliyini tam bərpa etmiş Azərbaycanın qarşısında duran əsas məqsədlərdən biri də müasir, şəffaf və ədalətli idarəetmə sistemini daha da möhkəmləndirməkdir. MSK-nın yeni tərkibi bu böyük məqsədlərə nail olunmasında mühüm rol oynayacaq və ölkəmizin gələcək inkişafında əhəmiyyətli yer tutacaqdır.

Nicat İsmayılov, politoloq

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
56
bizimyol.info

1Источники