RU

İnsan hüquqları komitəsinin iclasında yeni qanun layihəsi müzakirə edilib

Bakı. Trend:

Aprelin 28-də Milli Məclisin İnsan hüquqları komitəsininvideokonfrans formatında iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindənTrend-ə verilənməlumata görə, iclası açan komitə sədri Zahid Oruc gündəliyə birməsələnin- “Vətəndaşların müraciətləri haqqında” AzərbaycanRespublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunlayihəsinin (birinci oxunuş) daxil edildiyini bildirib.

Məsələ barədə məlumat verən komitə sədri qeyd edib ki, qanunlayihəsində edilən dəyişikliklərin əsas məqsədi elektron hökumətmexanizmlərinin hüquqi əsaslarını daha da təkmilləşdirmək, dövlətidarəçiliyində operativliyi və səmərəliliyi artırmaqdır. Layihəvətəndaş müraciətlərinin Elektron Hökumət İnformasiya Sistemi(EHİS) üzərindən daha çevik və şəffaf idarə olunmasını, xidmətkeyfiyyətinin yüksəldilməsini və rəqəmsallaşma prosesiningücləndirilməsini nəzərdə tutur. Eyni zamanda, qanun layihəsindəedilən dəyişikliklər təkrar xarakterli müddəaların aradanqaldırılmasına və prosedurların optimallaşdırılması ilə dövləttənzimlənməsinin daha effektiv həyata keçirilməsinə xidmətedəcək.

Müzakirələrdə komitənin üzvləri Naqif Həmzəyev, AzərAllahverənov, Hikmət Məmmədov, Mübariz Qurbanlı, Vüqar Rəhimzadə,Sevil Mikayılova və Elman Nəsirov çıxış edərək qanun layihəsinədair fikirlərini səsləndiriblər, qeyd və təkliflərini irəlisürüblər.

Müzakirələrdən sonra onlayn iclasın gündəliyində olan qanunlayihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyəolunub.

Tədbirdə komitənin sədr müavini Arzuxan Əli-zadə, komitəninüzvləri Tural Gəncəliyev, Razi Nurullayev, Səyyad Aran, MircəlilQasımlı, İmamverdi İsmayılov, Bəhruz Məhərrəmov və digər rəsmişəxslər iştirak ediblər.

Избранный
44
5
az.trend.az

3Источники