RU

Bakıda Alıcı Missiyası proqramı təşkil olunacaq

ain.az, 525.az saytına istinadən bildirir.

Mayın 5-8-də "Bakı Ekspo Mərkəzi"ndə keçiriləcək 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi və Forumunda, "InterFood Azerbaijan" - 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisində ilk dəfə olaraq "Hosted Buyer" (Alıcı Missiyası) proqramı təşkil olunacaq.

Bu barədə 525.az-a sərgilərin təşkilatçısı olan "Caspian Event Organisers" şirkətindən bildirilib.

Məlumata görə, proqram sərgiyə qatılan ziyarətçi-alıcılar üçün maksimum effektiv və rahat iş şəraitinin yaradılması məqsədilə həyata keçirilir. "Hosted Buyer" çərçivəsində sərgilərə Rusiyanın "Lenta", "Samokat", "Fresh market" hipermarketləri və digər şirkətlər qatılacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
31
525.az

1Источники