RU

Məhkəmə Pentaqona jurnalistlərin nazirlik binasında hərəkətini məhdudlaşdırmağa icazə verib

ABŞ Apellyasiya Məhkəməsi Pentaqona (Müdafiə Nazirliyi) jurnalistlərin qurumun binasında müşayiətsiz hərəkətini müvəqqəti olaraq qadağan etməyə icazə verib...

Poliqon xəbər verir ki, bu məhdudiyyət The New York Times qəzetinin ABŞ Müdafiə Nazirliyi ilə apardığı məhkəmə prosesi çərçivəsində qüvvədə olacaq.

The Washington Post-un məlumatına görə, məhkəmə qərarında bildirilir ki, jurnalistlər üçün müşayiət tələbi "milli təhlükəsizliyin mühüm maraqlarına xidmət edir". Bundan əvvəl aşağı instansiya məhkəmələri Pentaqonun mediaya qarşı məhdudiyyətlərini konstitusiyaya zidd hesab etmişdi.

2025-ci ilin dekabrında The New York Times Pentaqonu və onun rəhbəri Pit Heqseti söz azadlığının məhdudlaşdırılmasında ittiham edib. Buna səbəb jurnalistlərdən Pentaqonla əvvəlcədən razılaşdırılmadan məlumat yaymamağı tələb edən sənədə imza atılması olub.

Sənədi imzalamaqdan imtina edənlər arasında The New York Times, The Washington Post, The Wall Street Journal, Fox News və CNN də var idi. Oxşar iddianı Associated Press də qaldırıb.

Poliqon.info

Избранный
81
25
poliqon.info

10Источники