RU

Bakı yəhudi icmasından Nyu York merinin Azərbaycan əleyhinə açıqlamalarına REAKSİYA

Bizim media saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı Sefard yəhudi icması Nyu-York meri Zohran Mamdaninin Azərbaycan və Qarabağla bağlı son açıqlamalarını qətiyyətlə pisləyib.Bizim.Media xəbər verir ki, bununla bağlı bakılı ravvin Zamir İsayev “X” hesabında paylaşım edib.“Sefard yəhudi icması Nyu-York meri Zohran Mamdaninin Azərbaycan və Qarabağla bağlı son açıqlamalarını qətiyyətlə rədd edir. Qarabağ beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınır”, - deyə paylaşımda qeyd olunub.Ravvin bildirib ki, Azərbaycanın suverenliyinin bərpasını “soyqırımı” kimi təqdim etmək cəhdləri yalan, təhrikedici və sülh prosesinə zərər vuran yanaşmadır.“Azərbaycan və Ermənistan uzun zamandır gözlənilən sülhə doğru irəlilədiyi bir vaxtda dövlət rəsmiləri dəqiq, ölçülü və məsuliyyətli danışmalı, düşmənçiliyi qızışdırmamalıdırlar”, - deyə Zamir İsayev vurğulayıb.O əlavə edib ki, Bakı Sefard yəhudi icması həqiqətin, sülhün, dinlərarası hörmətin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün tərəfdarıdır.Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi də bir neçə gün əvvəl Nyu-York merinin qondarma “erməni soyqırımı” ilə bağlı açıqlamasında Qarabağ mövzusuna toxunmasını pisləyib. Nazirlik bu yanaşmanı faktların təhrif edilməsi kimi qiymətləndirib.

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
28
50
bizim.media

10Источники