FİFA 2026-cı il dünya çempionatında sarı vərəqələrə görə diskvalifikasiya qaydalarını dəyişməyi planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Plana əsasən, bütün sarı vərəqələr qrup mərhələsindən sonra, həmçinin 1/4 final mərhələsindən sonra ləğv olunacaq.
Əvvəlki dünya çempionatlarında sarı vərəqələr yalnız dörddəbir finaldan sonra silinirdi. Lakin 2026-cı il mundialı əvvəlkilərdən fərqli olaraq 32 deyil, 48 komandanın iştirakı ilə keçiriləcək.
FİFA diskvalifikasiyaların sayını azaltmaq məqsədilə bu qaydada dəyişiklik etməyi düşünür. Məsələ aprelin 28-də Vankuverdə keçiriləcək iclasda müzakirəyə çıxarılacaq.