Ajans.az xəbər verir ki, hadisə dünən səhər saat 08 radələrində rayonun Üçtəpə kəndində qeydə alınıb. Belə ki, 1970-ci il təvəllüdlü H.Yarməmmədov “Vaz 21043” minik markalı avtomobillə Təzəkənd kəndi istiqamətində hərəkətdə olarkən yolu keçən 2013-cü il təvəllüdlü Zamanov Murad Möhübbət oğlunu vurub. M.Zamanov aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb. Bildirilib ki, hadisə 13 yaşlı məktəbli dərsə gedərkən baş verib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.(Qafqazinfo)