RU

“Fənərbağça”dan qovulan Tedeskonun bu addımı GÜNDƏM OLDU

“Fənərbağça” klubu baş məşqçi Domeniko Tedesko və köməkçiləri ilə yollarını rəsmən ayırıb.

Musavat.com Sondakika.com-a istinadən xəbər verir ki, mütəxəssisin gedişi zamanı atdığı son addım idman ictimaiyyətində böyük marağa səbəb olub.

Derbi məğlubiyyətindən sonra gözlənilən qərarı açıqlayan "sarı-lacivərdlilər" təkcə texniki heyətlə deyil, həm də idman rəhbərliyində ciddi dəyişikliklərə gedildiyini bildirib.

Klubun rəsmi bəyanatına əsasən, idman direktoru Devin Özek və futbol koordinatoru Berke Çelebi ilə də yollar ayrılıb.

Klub rəhbərliyi vəzifəsindən ayrılan şəxslərə göstərdikləri xidmətlərə görə təşəkkür edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Ayrılıq prosesinin ən diqqətçəkən məqamı isə Domeniko Tedeskonun davranışı olub. Belə ki, italyanəsilli mütəxəssisin müqaviləsində nəzərdə tutulan 5 milyon avroluq təzminat hüququndan imtina edərək klubu çətin vəziyyətə salmadığı öyrənilib. Bu qərarlardan sonra “Fənərbağça”nın yeni baş məşqçi təyinatı və struktur islahatları üçün işləri sürətləndirəcəyi gözlənilir.

Musavat.com

Избранный
26
12
musavat.com

10Источники