RU

Pentaqonda mediaya məhdudiyyətlər güclənir - DETALLAR

Jurnalistlər artıq Pentaqon binasında agentliyin müşayiəti olmadan hərəkət edə bilməyəcəklər.

Redaktor.az xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.

Bildirilib ki, bu qərarı Kolumbiya Dairəsi üzrə ABŞ Apelyasiya Məhkəməsi qəbul edib.

Qeyd olunub ki, hakimlər heyəti iki əleyhinə bir səslə Müdafiə Nazirliyinin mətbuata çıxışı məhdudlaşdırmaqla bağlı addımlarını dəstəkləyib.

Məlumata görə, mart ayında Kolumbiya Dairəsi məhkəməsi The New York Times (NYT) qəzetinin qaldırdığı iddianı təmin edib.

Bildirilib ki, məhkəmə departamentə qəzetin yeddi müxbirinin icazələrinin bərpa olunmasını və 2025-ci ilin oktyabrında tətbiq edilən akkreditasiya məhdudiyyətlərinin aradan qaldırılmasını əmr edib.

Qeyd edilib ki, buna cavab olaraq Pentaqon qərargahında yerləşən media iş sahəsinin dərhal bağlanması barədə göstəriş verib.

Məlumata əsasən, bundan əlavə, departament rəhbərliyi jurnalistlərin müşayiətsiz şəkildə binaya girişini məhdudlaşdırıb.

Bildirilib ki, 16 oktyabr 2025-ci ildə "Associated Press" agentliyi Pentaqon katibi Pit Heqset tərəfindən mediaya tətbiq edilən məhdudiyyətlər səbəbindən onlarla jurnalistin mətbuat icazələrini geri təhvil vermək qərarına gəldiyini açıqlayıb.

Qeyd olunub ki, NYT Heqsetin addımlarını “misli görünməmiş dərəcədə düşmənçilik” kimi qiymətləndirib.

Məlumata görə, qəzet onun rəhbərliyi dövründə Pentaqonun aparıcı media qurumlarını iş yerlərindən məhrum etdiyini, bu yerləri mühafizəkar nəşrlərə icarəyə verdiyini, müxbirlərin binada hərəkət azadlığını məhdudlaşdırdığını və yeni sərt qaydalar tətbiq etdiyini iddia edib.

Bildirilib ki, dekabr ayında NYT Pentaqona qarşı iddia qaldıraraq, hərbi mövzuların işıqlandırılmasına qoyulan məhdudiyyətlərin jurnalistlərin konstitusiya hüquqlarını pozduğunu bildirib.

Aminə ŞAHSUVARQIZI

Избранный
5
2
redaktor.az

10Источники