Azərbaycan milli komandasının sabiq futbolçusu Badri Kvaratsxeliya oğlu - PSJ-nin hücumçusu Xviça Kvaratsxeliya haqqında danışıb.
Publika.az xəbər verir ki, o, Kvaranın komandasını dəyişə biləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib:
“Xviça çox güclü və uğurlu bir klubda çıxış edir. Orada onu sevirlər və ona güvənirlər. O, hazırda Çempionlar Liqasının qalibi olan və bu mövsüm turnirin yarımfinalçısı olan komandanın əsas oyunçularından biridir. Belə olan halda niyə başqa yerə getməyi düşünsün?!
Əgər Paris klubu artıq əməkdaşlığı davam etdirmək istəməsə, biz də ayrılıq barədə düşünərik. Amma hazırkı mərhələdə bu mövzu ümumiyyətlə müzakirə olunmur. Klubunda o, Fransa millisinin aparıcı futbolçuları ilə rəqabət aparsa da, nadir hallar istisna olmaqla, Xviça daim əsas heyətin üzvüdür. Klub rəhbərliyi də onun komanda üçün əvəzolunmaz oyunçu olduğunu vurğulayır.
Bəli, tez-tez “Arsenal” və ya digər İngiltərə klublarının marağı ilə bağlı xəbərlər yayılır, amma oğlum belə məlumatlara diqqət yetirmir. O, Avropanın ən yaxşı komandalarından birində çıxış edən görkəmli futbolçudur, onu qiymətləndirirlər, sevirlər və onun üçün oynayırlar. Belə olan halda niyə klubunu dəyişmək barədə düşünsün?!