Naftalanda sanatoriyada 70 yaşlı kişinin meyiti aşkarlanıb.. Azia.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Naftalan şəhərində yerləşən "Möcüzəli" sanatoriyasında qeydə alınıb.
Azia.az-n aldığı məlumata görə isə HADİSƏNİN YEMƏK YEYƏNDƏN SONRA OLDUĞU NƏZƏRDƏN QAÇMAYIB. Verilən məlumata görə, araşdırmalar davam edir.
"Möcüzəli" sanatoriyasında ciddi təftişə başlanıldığı xəbəri də yayılıb.
Yeməklərdən də analizlərin götürüldüyü bildirilir.
Meyiti tapılan şəxsin Yardımlı rayon sakini, 1956-cı il təvəllüdlü Z.Rzaquliyevin olduğu məlum olub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Digər ehtimal isə, sanatoriyaya istirahətə gələn Ş.Rzaquliyev ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilib.
Faktla bağlı araşdırma aparılır.